Minimum əmək pensiyasının məbləği ARTIRILIR

media-hightechnic-468x90

Əmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanun layihəsi Milli Məclisə daxil olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Qanun qəbul ediləcəyi təqdirdə 1 yanvar 2023-cü ildən qüvvəyə minəcək.

Qanun layihəsi yanvarın 23-də parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək. Eyni zamanda fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçiriləcək ilk iclasının gündəliyində yer alacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05