Minsk görüşü başladı

media-hightechnic-468x90

72328Ukraynada böhranın nizamlanması üzrə Minskdə üçtərəfli görüş başlayıb.

Görüşdə Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov, ATƏT-in xüsusi nümayəndəsi Xaydi Talyavini iştirak edir.

Tərəflərin görüşündə sentyabrın 5-də atəşin dayandırılması haqqında protokolun icrasının müzakirəsi və bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Görüşdə rusiyameyilli separatçılardan tanınmamış Donetsk Xalq respublikasının baş naziri Aleksandr Zaxarçenko, “DXR” baş nazirin müavini Andrey Purqin, həmçinin tanınmamış Luqansk Xalq respublikasının baş naziri İqor Plotnikov və parlamentin başçısı Aleksey Karyakin iştirak edir. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600