“Minsk Qrupu ləğv edilə bilər” - Paşinyan

media-hightechnic-468x90

“Əgər sülh əldə olunarsa, Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması imkanını istisna etmir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.

“Sülhün bərqərar olduğu zaman bu formatın mövcudluğu suallar doğura bilər. Bu, yalnız zaman məsələsidir”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. İrəvan bildirib ki, ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa