Miqrant sürücülərə Rusiyadan xoş xəbər

media-hightechnic-468x90

nhgghRusiya Dövlət Duması xarici sürücülük vəsiqəsinə malik sürücülərin Rusiyada işləməsinə qoyulan qadağaya möhlət müddətini 1 iyun 2015-ci ilə qədər uzadıb.

Əslində möhlət müddəti 7 may 2014-cü ildə başa çatmalı idi. Dumanın bu qərarı hökumətin xarici vəsiqələrin Rusiya vəsiqələrinə əvəzlənməsi qaydalarını işləyib başa çatdırmaması ilə bağlı olub.

“Mayın yeddisinə iki həftədən az qalır. Dəyişmə qaydası hələ işlənməyib. Qaydalar sürücülərin tədrisi və təkmilləşdirilməsi üzrə yeni yanaşmanı əhatə etməlidir. Bütün bunlar yol hərəkəti qaydaları üzrə Vyana konvensiyasına edilən son dəyişikliklərə uyğun şəkildə gerçəkləşdirilir”,- deyə Dumanın nəqliyyat komitəsinin sədri Yevgeni Moskviçev bildirib(anspress).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600