!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirşahin Ağayev: "Ağadadaş Ağayevin ayaqyalın şəkildə xəstəxanaya yollanmasına..."

!Reklam – Yazi

Mühafizəçinin kimisə qanunla yol verilən üsullarla dayandırması bir şeydir, xəstə adamı, özü də bərk ağrıyan xəstəni ( hətta yerə yıxandan sonra da) təpikləməsi başqa şey! Həm də hərəkətlərindən görünür ki, adam heç peşəkar da deyil.

Yenicag.az pravda.az-a istinadla xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

“Ağadadaş Ağayevin hərəkətlərinə gəlincə isə onun ayaqyalın şəkildə xəstəxanaya yollanmasına yəqin ki ciddi səbəb olub. Axı məhz belə xəstəliyin doğurduyu ağrıya dözməyib intihar edən nə qədər insan tanıyırıq! Bəlkə dözə bilmirdi?! Bəlkə heç bir dərman təsir etmirmiş!? Niyə axı xəstəyə (Xalq Artisti və s. titulları bir kənara…) belə yanaşmalıdır qonşuluqdakı xəstəxana? Olmaz! Belə davranmaq olmaz!

Başqa təcrübələr də var: məsələn, mühafizəçiləri biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısı ağzında qəzəbli qazilərin qabağına nə qədər çətin olsa da, sakit şəkildə çıxan, onları qardaş kimi qarşılayan, öpüb qucaqlayan, könlünü alan yerdə görmüşük. ASAN Xidmətdə işə götürülənlərə xüsusi həssas insanlarla necə rəftar etmək barədə mütəmadi kurslar keçirlər. Fazil, əzizim, məncə əsas işimiz indi kimisə müdafiə etmək yox, mədəniyyətimizə balta endirilməsini əks etdirən videonun sosial şəbəkələrdən yığışdırılması olmalıdır.

Ağadadaş Ağayev və balta hadisəsini araşdırmağı buraxaq hüquq-mühafizə orqanlarının ixtiyarına. Biabırçılıq millətin, mədəniyyətin adına yazılır. Kifayət qədər populyar bir mədəniyyət xadimini minimum müsəlman-türk dünyasında biabır etmək millətimizə şərəf gətirmir!” – deyə M.Ağayev qeyd edib.

COP29

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv