Mirziyoyev ilə Tokayev arasında telefon danışığı olub

media-hightechnic-468x90

Martın 16-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Özbəkistan dövlət başçısı Qazaxıstan liderini yeni konstitusiya layihəsi üzrə referendumun uğurlu keçirilməsi münasibətilə təbrik edib.

Bildirilib ki, qəbul edilmiş düzəlişlər Qazaxıstanın davamlı inkişafının təmin edilməsi və ölkənin beynəlxalq nüfuzunun daha da gücləndirilməsi üçün möhkəm hüquqi baza rolunu oynayacaq.

Özbəkistan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Xüsusilə, yüksək səviyyəli razılaşmaların həyata keçirilməsinə, ticari-iqtisadi, investisiya, nəqliyyat və mədəni-humanitar sahələrdə birgə layihə və proqramların təşviqinə xüsusi diqqət yetirilib.

Liderlər, həmçinin beynəlxalq və regional əhəmiyyətli aktual məsələlər barədə fikir mübadiləsi aparıb və gələcək ikitərəfli və çoxtərəfli fəaliyyət planını müzakirə ediblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05