Mirzoyan Bakıya səfər edəcək?

media-hightechnic-468x90

Azərbaycan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı noyabrda keçiriləcək СОР29 konfransında iştirak etmək üçün Bakıya dəvət edib.

Yenicag.az xəbər verir ki, bəzi erməni mətbuatı XİN-dən Ermənistanın dəvəti qəbul edib-etmədiyini və Mirzoyanın Bakıya gedib-getmədiyini öyrənməyə çalışıb.

“Əgər məsələ qaldırılarsa, biz bu barədə məlumat verəcəyik”, – Ermənistan XİN-in məlumatında deyilir.

KİV-də yer alan məlumata görə, Ermənistan xarici işlər nazirliyi Bakıda keçirilən COP29 iştirakını nə təsdiq, nə də təkzib edir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumuna Ermənistanı СОР29-a dəvət edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600