Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ Yaxın Şərqin bir çox ölkəsində güclü hiss olunub.
Yenicag.az xəbər verir ki, zəlzələ əsasən Misir, Livan, Suriya və İraqda tələfatla nəticələnib.
Misirin paytaxtı Qahirə və ətrafında hiss edilən zəlzələ təxminən 30 saniyə davam edib və insanlarda böyük narahatlıq yaradıb.
Livanın paytaxtı Beyrut başda olmaqla digər şəhərlərdə də baş verən zəlzələ səbəbiylə evlərini tərk edən çox sayda insan gecəni maşınlarında keçirib.
İraqın paytaxtı Bağdad və Diyalada da hiss edilən zəlzələ nəticəsində insanlar can təhlükəsizliyi qorxusu ilə evlərini tərk ediblər.
Zəlzələ Suriyanın paytaxtı Dəməşq, Latakiya, Hələb və ölkənin şimalındakı bir çox bölgədə güclü hiss olunub. Suriya dövlət mediasının məlumatına görə, Hələb, Həma və Latakiyada baş verən zəlzələ nəticəsində 237 nəfər həyatını itirib. Həmçinin 600-dən çox insan yaralanıb.
Sosial şəbəkədə yayılan görüntülərdən məlum olur ki, Suriyanın şimalında bəzi bölgələrdə evlər dağılıb./BAKU.WS/
www.yenicag.az