Misir qaz tədarükünə görə Azərbaycana təşəkkür edib

media-hightechnic-468x90

Misir SOCAR-ın qaz tədarükünə görə Azərbaycana təşəkkür edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Misirin neft və mineral ehtiyatlar naziri Kərim Bədavi bildirib.

Onun sözlərinə görə, qaz enerji balansında mühüm rolunu qoruyub saxlayır və bu sahədə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

“Xüsusilə ötən yay Misirə qaz tədarükünə verdiyi dəstəyə görə SOCAR-a və Azərbaycana təşəkkür etmək istəyirəm. Mövcud infrastrukturdan istifadə etməklə həyata keçirilən bu tədarüklər Misirdə müxtəlif sektorların qazla təminatına kömək edib”, – deyə nazir qeyd edib.

K. Bədavi əlavə edib ki, Misir enerji sahəsində regional əməkdaşlığı genişləndirir və Avropa bazarlarına bərpa olunan enerji ixracını artırmaq üçün yeni elektrik interkonnektorları üzərində işləyir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05