Misirdə terror həyəcanı

media-hightechnic-468x90

64778Misirin İsgəndəriyyə şəhərinin kənarında yaşayış sahəsi yaxınlığında baş verən partlayışda 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, yaralananlardan biri 12 yaşlı uşaqdır. Polisin məlumatına görə terrorçular müvəqqəti polis postunu hədəfə alıb. Bundan əvvəl Misirin paytaxtı Qahirədə partlayış törədilmişdi.

Elektrik transformatorunun içinə yerləşdirilmiş bombanın partlaması nəticəsində ölən olmasa da, təhlükəsizlik qüvvələrini ayağa qaldırıb. Partlayış Hüsnü Mübarək rejimini devirmiş 2011-ci il inqilabının beşiyi olmuş Təhri Meydanı yaxınlığındakı küçədə baş verib.

Bundan başqa Qahirə Beynəlxalq Hava Limanının dayanacağı yaxınlığında təhlükəsizlik qüvvələri 2 səsli qumbara zərərsizləşdirib.

Hələ ki, hücumlara görə hər hansı qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600