Misli Premyer Liqası: “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edəcək

media-hightechnic-468x90

Bu gün futbol üzrə Misli Premyer Liqasında XIV tura start veriləcək.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Turnir cədvəlinin autsayderi “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edəcək. Tovuz şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Gəncə klubu 7 xalla sonuncu – 10-cu, 30 xalı olan Naxçıvan təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XIV turun digər qarşılaşmaları noyabrın 23-24-də təşkil olunacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05