!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MN: "Qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər" - FOTOLAR/VİDEO

!Reklam – Yazi

Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar.

Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılıb. Qadın hərbi qulluqçularımızdan nümunəvi xidməti ilə seçilənlərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.

Heydər Əliyev adına Hərbi Liseylə yanaşı, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında və hərbi hissələrin xəstəxanalarında xidmət edən qadınlarımız zabit, gizir və əsgərlərin sağlamlıqlarının qorunması üçün əllərindən gələni əsirgəmirlər.

Bu gün birləşmə və hissələrdə Vətənimizi qoruyan əsgələrə dadlı, yüksək kalorili yeməkləri qadın hərbi qulluqçular hazırlayır.

Plana uyğun olaraq qadın hərbi qulluqçularımız təlim-məşq toplantılarına cəlb edilir, sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə biliklərini artırır və təlim-atış çalışmalarını yerinə yetirirlər. Artıq demək olar ki, bütün qoşun növlərində qadın hərbçilərimizin sayı günü-gündən artmaqdadır. Yaradılan şəraitin nəticəsidir ki, hərbçi olmaq istəyən qadınlar Naxçıvan Qarnizonu qoşunlarında keçirilən kurslara cəlb edilir, təlimlərdə bilik, bacarıq və peşəkarlıq qazanırlar. Kurslarda müxtəlif ixtisaslar üzrə hazırlanan qadın hərbi qulluqçular birləşmə və hissələrdə ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.

Göründüyü kimi, qadın hər nə qədər zərif cinsin nümayəndəsi olsa da mətanəti və iradəsi ilə ciddi intizam tələb edən hərb sənətinin də öhdəsindən layiqincə gəlir. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi və mülki qulluqçu qadınlar da öz hüquq və vəzifələrini dərk edərək xidmətlərini Nizamnamələrin tələbləri səviyyəsində yerinə yetirirlər.

COP29

www.yenicag.az

963
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv