MN rəhbərliyi “EFES – 2026” təlimində iştirak etmək üçün Türkiyəyə gedib

media-hightechnic-468x90

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.

media-banner_tkm

Nazirlikdən Yenicag.az-a verilən xəbərə görə, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Hər iki ölkədə həyata keçirilən birgə layihələrin və təlimlərin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyətinin Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10300 hərbi qulluqçunun iştirakı ilə keçirilən “EFES – 2026” çoxmillətli birgə müştərək təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə və gündüz mərhələlərində iştirakı planlaşdırılır.

media-6a0db9d51cd196a0db9d51cd1a17792844376a0db9d51cd166a0db9d51cd18 media-6a0db9d524af86a0db9d524af917792844376a0db9d524af66a0db9d524af7 media-6a0db9d5138e76a0db9d5138e817792844376a0db9d5138e56a0db9d5138e6

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05