Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunlarına start verilib.
Yenicag.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Ağdam təmsilçisi doğma azarkeşləri önündə İngiltərənin “Arsenal” klubunu qəbul edib.
Qurban Qurbanovun komandası İngiltərə nəhənginə 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, qrupun digər matçında “Sportinq” səfərdə “Vorskla”dan üstün olub – 2:1.
4 oktyabr
Avropa Liqası, E qrupu
20:55 “Qarabağ” (Azərbaycan) – “Arsenal” (İngiltərə) – 0:3
Qol: Sokratis, 4, Emile Smith-Rove, 53, Matteo Guendouzi, 80
Baş hakim: Davide Massa (Fransa)
Bakı Olimpiya Stadionu.
“Qarabağ: 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
“Arsenal”: 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Dənni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Emil Smit-Rou
Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20 Şkodran Mustafi, 34. Qranit Caka
Baş məşqçi: Unay Emeri
www.yenicag.az