Modriç 13 ildən sonra bu kluba KEÇƏ BİLƏR

media-hightechnic-468x90

“Real Madrid”in əfsanəvi futbolçusu Luka Modriç 13 il sonra yenidən transfer bazarına çıxacaq. Klub 39 yaşlı xorvat yarımmüdafiəçinin 2025-ci il “FIFA” Klublararası Dünya Kubokundan sonra İspaniyanın paytaxtını tərk edəcəyini rəsmi şəkildə təsdiqləyib.

Modriç, 28 titulla klub tarixinin ən çox mükafat qazanan oyunçusu kimi “Real Madrid” ilə vidalaşacaq. Kral klubunun siması olan Modriçin karyerasını harada davam etdirəcəyi isə maraqla gözlənilir.

Yenicag.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Mundo Deportivo” qəzeti futbolçunun gələcək mövsüm üçün həm Avropada, həm də digər qitələrdə bir neçə potensial təyinat nöqtəsi olduğunu iddia edib.

Qəzetin məlumatına görə, Modriçin ən ehtimal olunan istiqamətlərindən biri ABŞ-nin “Inter Miami” klubudur. Klubun sahibi Devid Bekhemin xorvatiyalı yarımmüdafiəçini komandaya gətirmək üçün aktiv addımlar atdığı bildirilib. Həmçinin, apreldə Lionel Messinin şəxsi təşəbbüsü ilə Modriçin “Inter Miami”yə transferi üçün xahiş etdiyi mətbuata sızdırılıb.

“Real Madrid”lə müqaviləsi iyunun 30-da başa çatacaq Luka Modriçin azad agent kimi Amerikaya keçəcəyi gözlənilir. Bundan əlavə, xorvat futbolçunun xidmətində maraqlı olan digər klublar sırasında “Dinamo Zagreb”, “Al Nassr” və “New York City” komandaları da yer alır.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600