!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldova Prezidentinin iti avstriyalı həmkarını dişlədi - VİDEO

!Reklam – Yazi

Avstriya Prezidenti Aleksandr van der Bellenin Moldovaya səfəri zamanı Şərqi Avropa ölkəsinin lideri Maya Sandunun iti onu dişləyib.

Yenicag.az xəbər verir ki, bu barədə videonu “realitatea.md” işıqlandırıb.

Görüntülərdə Avstriyalı siyasətçinin moldovalı həmkarının köpəyini sığallamaq istəyərkən heyvanın onun əlini dişinə çəkdiyi əks olunub. İnsident ölkə liderlərinin Moldova Prezidentinin Administrasiyasının həyətində gəzərkən baş verib.

Ev heyvanının gözlənilməz aqressiv davranışına baxmayaraq, Sandu iti sakitləşdirə bilib və qonağından üzr istəyib.

“Burada çox insan var”, – Moldovanın dövlət başçısı köpəyinin belə reaksiyasını izah edib.

Avstriya Prezidentinin növbəti mərasimlərdə artıq bintlə sarılmış əllə görüntülənib./Report/

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv