Moskva ilə İrəvan arasında inamsızlıq – şərh

media-hightechnic-468x90

11650643_10205896689089122_2040743074_n“Ermənistanda Rusiya əleyhinə son zamanlar baş verən etirazlar əlbəttə ki, iki ölkə arasında münasibətlərdə müəyyən problemlər, inamsızlıq yarada bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya ilə Ermənistan arasında Gümrü hərbi bazasına görə münasibətlərin müəyyən qədər pisləşməsinə münasibət bildirərkən söylədi: “Bundan əvvəl Rusiya əsgəri erməni ailəsini qətlə yetirmişdi. İndi də sanki cavab olaraq erməni tərəfindən rus əsgəri qətlə yetirilir. Bu hadisələrin davamı isə müəyyən əsəbilik gətirir. Lakin buna əsaslanaraq demək çətindir ki, Rusiyanın Ermənistana münasibəti dəyişə bilər. Sadəcə olaraq, iki dövlət arasında inamsızlıq yaranır. Amma hər halda onlar yüz illərin strateji müttəfiqidir. Ermənistan çar dövründən başlayaraq Rusiyanın vassalı olub. Qətllərə görə mövcud siyasətin bir anda dəyişəcəyini gözləmək yersizdir. Ancaq müəyyən inamsızlıq yarana bilər. Ermənistan cəmiyyətində də Rusiyadan asılı olmağa etiraz səsləri eşidilir. Amma bu səslər elə də gur səslənmir və hələlik Ermənistan siyasətinə təsir etmir”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600