Moskvada Heydər Əliyevin xatirəsinə həsr edilən konfrans-Foto

media-hightechnic-468x90

c00222891e155a5483417297105530c7 (1)Rusiya paytaxtında Heydər Əliyevin xatirəsinə həsr edilən beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Heydər Əliyev Fondu, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Dövlət və Hüquq İnstitutu, Rusiya Fəlsəfə Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun təşkilatçılığı ilə “Alimlər Evi”ndə keçirilən “Dialoq mədəniyyəti: sosial, siyasi və mənəvi aspektlər” adlı konfransda Azərbaycan və Rusiyadan olan alimlər bir sıra aktual problemləri müzakirə ediblər.

Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, fəlsəfə elmləri doktoru Aleksandr Çumakov alimlərin yaradıcı insan kimi insan fenomeninə onun cəmiyyət üçün gördüyü işlərin faydasına əsasən qiymət verdiklərini söyləyib: “Sovet İttifaqı dağıldıqdan sonra müasir dövlətlər bir sıra təhlükələrlə üz-üzə qaldı. Həmin dövlətlər heç də indiyədək ayağa qalxa bilməyiblər. Onlar dövlət kimi mövcud olsalar da, özülləri həddən çox zəifdir. Lakin Heydər Əliyev güclü Azərbaycan dövləti qura bildi. Onun siyasi kursu bu gün də layiqincə davam edir. Dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursundan bütün regionda bəhrələniblər və indi bəhrələnirlər. Onun ən vacib addımlarından biri Rusiya ilə qurduğu münasibətlərdir. Bugünkü konfransda həmin münasibətlər əsas müzakirə mövzusudur”.

Akademik Konstantin Dolqov çıxışında Heydər Əliyevi zamanın dahisi adlandırıb: “Onun mədəniyyət və elm sahəsində gördüyü işlərin qiyməti yoxdur. Heydər Əliyev çox çətin dövrdə fəaliyyət göstərsə də, hər zaman qızıl ortanı tapa bilib. O, xalqının ümummilli liderinə çevrilmiş bir şəxsiyyətdir. Hesab edirəm ki, bütün MDB dövlətlərinin belə bir şəxsiyyətə, ümummilli liderə ehtiyacı var”.

Qeyd edək ki, Moskvada keçirilən konfransda Milli Məclisin deputatı, Heydər Əliyev haqqında bir sıra kitabların müəllifi Elmira Axundova, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, Rusiya və Azərbaycanın elm xadimləri iştirak ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600