Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Moskvada taksi sürücüsü amansızlıqla öldürüldü

19844Moskva polisi taksi sürücüsünün ölümündə şübhəli bilinən şəxsləri axtarır.

Məlumatda qeyd olunur ki, taksi sürücüsünün meyiti Moskva Dövlət Universitetinin kitabxanasının binası yaxınlığında olan avtomobilində tapılıb.

İlkin məlumatlara görə, naməlum şəxslər ona bıçaqla ölümcül xəsarət yetiriblər. 36 yaşlı Şahlar Quliyev Moskvaya Azərbaycandan gəlib və universitetin yerləşdiyi ərazidə taksi sürücüsü işləyib.

“O, taksi sürücüsü idi. Normal işləyirdi. Heç bilmirəm nəyə görə! Yaxınlıqda metro ərazisində dururdu. Mən hərdən onunla əlaqə saxlayırdım. Hətta hara getdiyini və nə işlə məşğul olduğunu bilmirdim” – deyə ölən şəxsin qohumu bildirib.

Hazırda hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

www.yenicag.az

223