Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“"MOSSAD-la birlikdə verilən qərarlar qanuni ola bilməz” – Ərdoğan Tehrandan Bərzaniyə səsləndi

“O bölgə ilə bağlı İran, Türkiyə və İraq mərkəzi hakimiyyəti birgə addımlar atıb və bundan sonra da atacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Tehranda İran prezidenti Həsən Ruhani ilə keçirtdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında səsləndirib:

“Prezidentlə görüşümüzdə İraqın şimalında keçirilmiş referendumu tanımadığımızı bir daha bəyan etdik.
Baxın, Türkiyənin Şimali İraq muxtariyyatı ilə 350 kilometrlik sərhədi var, şərqdə İran, cənubda İraq, qərbdə Suriya… Belə bir şəraitdə onlar referendum keçirirlər.

Şimali İraqda keçirilmiş referendumu isə İsraildən başqa heç bir ölkə tanımır. “MOSSAD”la birlikdə masaya oturularaq, verilən qərarlar qanuni ola bilməz. Bu addımın atılması Şimali İraqdakı muxtariyyatı və onun rəhbərliyini tənhalığa məhkum edəcək.

İran və Türkiyə olaraq, bu məsələdəki qətiyyətimiz məlumdur. Bizimlə bərabər səviyyədə tanıdığımız tərəf İraqın mərkəzi hakimiyyətidir və birlikdə o referendumun qanunsuz olduğunu deyirik.

O bölgə ilə bağlı İran, Türkiyə və İraqın mərkəzi hakimiyyəti birgə addımlar atıb və bundan sonra da atacaq.
Eyni qaydada Suriya böhranı ilə bağlı İran və Rusiyayla birlikdə Astana prosesini davam etdiririk.

Suriyada neytral zonaların yaradılması üçün birgə səylərimiz var və o bölgədə İŞİD və “Əl-Nüsra”ya qarşı gördüyümüz tədbirlər dinc əhalinin qurtuluşuna səbəb olacaq.

Dünyadakı bütün məzlumların xilası üçün apardığımız birgə mübarizə çox əhəmiyyətlidir.
Bu çərçivədə nazirlərimiz, hərbi qüvvələrimiz və kəşfiyyatlarımız sıx əməkdaşlıq edirlər”.

A. Zeynalov

www.yenicag.az

1386
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100