MSK bələdiyyə seçkilərinin nəticələrini elan edir

media-hightechnic-468x90

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edir.

Yenicag.az xəbər verir ki, bu barədə MSK-nın bugünkü iclasında müzakirə aparılır.

Qeyd edilib ki, seçkidən baxılmış müraciətlər əsasında yalnız bir bələdiyyə üzrə – 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri etibarsız hesab olunub.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.

685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var idi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600