MSK-dan bu namizədlərlə bağlı QƏRAR – 9 dairə

MSK-nın bugünkü iclasında daha 9 dairə ilə bağlı şikayətlərə baxılıb.

Yenicag.az xəbər verir ki, iclasda 9 saylı Binəqədi ikinci seçki dairəsi (lider namizəd deputat Kəmaləddin Qafarov), 10 saylı Binəqədi üçüncü seçki dairəsi (lider namizəd deputat Madər Musayev), 42 saylı Sumqayıt seçki dairəsi (deputat Tahir Mirkişili), 46 saylı Şirvan (YAP-ın namizədi Yusifov İltizam), 66 saylı Biləsuvar seçki dairəsi (bitərəf Bəhruz Məhərrəmov), 86 saylı İsmayıllı (deputat Novruz Aslanov), 88 saylı Göyçay seçki dairəsi (lider namizəd partiya sədri, deputat Hacıyev Sabir) ilə bağlı şikayətlərə baxılıb.

MSK-nın bu gün keçirilən iclasında isə ən maraqlı qərar deputat deputat İmamverdi İsmayılovun yenidən qalib elan edilməsinə etiraz edən rəqibi Anar Əsədlinin şikayəti ilə bağlı olub.

Belə ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən çoxsaylı pozuntularla bağlı şikayət edən deputatlığa namizəd Anar Əsədli yerli DSK-nın bu barədəki müraciətlərə məhəl qoymadığını bildirib.

Bu barədə iclasda açıqlama verən MSK üzvü Tofiq Qasımov deyib ki, şikayətlə bağlı Anar Əsədli ilə əlaqə saxlanılıb: “Onun daha geniş məntəqələri əhatə edən müraciətinə özünün də iştirakı ilə MSK-da baxılacaq”.

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə üzrə isə araşdırmanın nəticəsi elan olunub.

MSK üzvü İlkin Şahbazovun sözlərinə görə, müraciət edən namizədlər pozuntularla bağlı ümumilikdə 36 məntəqə üzrə 35 protokol təqdim ediblər: “Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb”.

Nəhayət, müzakirələrdən sonra bu dairə üzrə 7 məntəqədəki ( 1, 2, 3, 4, 18, 30 və 38 saylı) səsvermənin nəticələri etibarsız hesab edilib

Xatırladaq ki, 34 saylı Xətai ikinci seçki dairəsinin lider namizədi Rus icmasının sədri, deputat Mixail Zabelindir.

Yeri gəlmişkən, MSK sədri M.Pənahov iclasda deyib ki, hazırda sosial şəbəkədə yayılan 385 videogörüntü ilə bağlı 68 dairədə də araşdırma aparılır.

Onu da qeyd edək ki, MSK fevralın 15-də keçirilən iclasında aşağıdakı dairələr üzrə qərarlarını açıqlayıb:

Qərara əsasən, 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi,106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 8 saylı Binəqədi Birinci seçki dairəsi, 15 saylı Yasamal Birinci Seçki dairəsi, 34 saylı Xətai İkinci Seçki dairəsi, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 22 saylı Nəsimi İkinci Seçki dairəsi, 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki dairəsi, 47 Saylı Mingəçevir Seçki dairəsi, 60 Saylı Salyan-Neftçala Seçki dairəsi, 107 saylı Qazax Seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.

COP29