2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar daha bir partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Yenicag.az xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar Fəzail Ağamalının Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
www.yenicag.az