Müasir insanı kökəldən sudur – Yeni elmi araşdırma – Yenicag.Az

Reklam

Reklam

Müasir insanların sürətlə piylənməsinə səbəb yeməkdən çox sudur.

Yenicag.az xəbər verir ki, artıq çəkili insanlar üzərində araşdırma aparan tədqiqatçılar aşkar edib ki, kökəlməyə səbəb insanların az halda təmiz su içməsidir. Su ehtiyatı olmayan orqanizmdə piylənməyə tələbat yaranır.

Miçiqan Universitetinin mütəxəssisləri böyük araşdırmalarında su balansı ilə bədən çəkisinin artması arasında əlaqəni üzə çıxarıb.

Layihədə iştirak etmək üçün 10.000 nəfər 18-65 yaş arası könüllü dəvət olunub. Praktiki olaraq, onların 30%-i tədqiqat boyu çəkidə artdı. Alınmış göstəriciləri alimlər analiz edərək, bu adamların kökəlmə səbəbini tapmağa cəhd edib.

Nəticədə səbəb olaraq Hipohidratasiya göstərilib. Belə ki, kökələn insanlar aylarla orqanizmin maye tələbatını təmiz su ilə yox, müxtəlif içkilərlə -çay, şirə, qazlı su, qəhvə kimi kalorili maddələrlə ödəyib.

Axı tibbdə çoxdan məlumdur ki, orqanizmin metabolik proseslərini yalnız təmiz su aktivləşdirir.

Məhz hipohidratasiya həmin insanların bədən kütləsinin artmasına səbəb olur. Araşdırmanın sonunda belə məsləhət verilib ki, əgər hətta kök insan da sutkalıq maye tələbatını yalnız təmiz, sadə su ilə ödəyib, balanslaşdırsa, ilkin mərhələdə olan piylənməni də müalicə edə bilərlər./Medicina.az /

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 914
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."