!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Mənsimovdan iddialara cavab: “O gəmilərin “Palmali”yə aidiyyatı yoxdur”

!Reklam – Yazi

“Palmali Holding” sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək”.

Yenicag.az xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Holdinqə məxsus gəmilərin qanunsuz neft daşımaları həyata keçirməsinə dair iddialara münasibət bildirib.

Mübariz Mənsimovun sözlərinə görə, “Palmali” haqqında əsassız iddiaların dövriyyəyə buraxılmasında məqsəd Holdingin fəaliyyətinə problem yaratmaqdır:
“Palmali”nin həyata keçirdiyi son sərmayə yatırımları bəlli insanları və qurumları qıcıqlandırmağa başlayıb. Elə ona görə də Azərbaycandan keçib indi də Türkiyədəki kiçik saytlar vasitəsilə yalan xəbərlər dərc etməyə başlayıblar ki, sonradan mənbə kimi göstərə bilsinlər.

Bu, məqsədli şəkildə yazılan yalan xəbərdir. Bütün bunlar imicimizə zərər vurmaq və işlərimizdə problem yaratmaq üçün edilir. Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik.

“Palmali Holding” sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək. Amerikada da yeni ofisimizi açırıq, proses artıq başa çatmaq üzrədir. Bizdə hər şey qanun çərçivəsində və şəffaf işləyir.

Elə ona görə də dünyanın ən böyük və etibarlı şirkətləri sırasında yer alırıq. Sanksiya tətbiq olunan şirkət ABŞ-da ofis aça bilər? Adı çəkilən gəmilərin heç birinin “Palmali”yə aidiyyatı yoxdur.

Mən isə bu yazının sifarişçilərinə üzümü tutub sual verirəm: Bəs sizin ABŞ-a daxil olmaq ilə bağlı probleminiz həll oldumu? Nə zaman ABŞ-ın hər hansı ştatında qarşı-qarşıya gələ bilərik?!”

COP29

www.yenicag.az

3440
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv