Mübariz Mənsimovdan istintaq xəbərinə kəskin reaksiya

media-hightechnic-468x90
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Kiçikçəkməcə (Küçükçekmece) Respublika Prokurorluğu tərəfindən barəsində istintaq başladılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, o, bu barədə özünün Feysbuk hesabında paylaşım edib.
“Mediada “Ekol TV” adlı televiziya kanalı və mənim adımla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Mənim yuxarıda adıçəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Əvvəllər də oxşar böhtan xarakterli iddialar və xəbərlər səsləndirilib. Reputasiyama xələl gətirmək məqsədi daşıyan bu ittihamları qətiyyətlə pisləyirəm”, – iş adamı bildirib.
Qeyd edək ki, istintaqın bir müddət əvvəl fəaliyyətini dayandırdığı Ekol TV-nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə əlaqəli olduğu bildirilir.
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa