Müdür müavininin evi qarət olundu

media-hightechnic-468x90

oMartın 23-də Masallı rayon torpaq şöbəsinin müdir müavini Soltan Nəsirovun evi qarət olunub.

Bu barədə etibarlı mənbədən  verilən xəbərdə deyilir ki, rayonun Tatyanoba kənd sakini olan müdir müavinin mənzilindən 160 min manat pul və 100 min manat dəyərində zinət əşyaları aparılıb.

Evi qarət edən şəxs və ya şəxslər hələ də tapılmayıb. Mənzildən aparılan 160 min manatın yarısının şöbə müdiri Hamil Hadiyevə məxsus olduğu iddia edilir.

Hadıyev müavinindən öz pulunu tələb edir.

Faktla bağlı Masallı rayon polis şöbəsində cinayət işi açılıb, amma həmin şəxslər hələ də tapılaraq istintaqa cəlb olunmayıb(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600