Müəllif Hüquqları Agentliyindən Şəbnəm Tapdıqa CAVAB

media-hightechnic-468x90

publika.az1394546157cc4ca378d456a5092236d9030d71f310-300x165Azərbaycan Müəllif Hскачанные файлы (1)üquqları Agentliyi müğənni Şəbnəm Tapdıqın “ad” ilə bağlı iddiasına münasibət bildirib.

Agentlikdə əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli açıqlamasında deyib ki, ümumiyyətlə ad və təxəllüslərlə bağlı təmsil etdiyi qurum qeydiyyatı aparılmır və bu hal qurumun Nizamnaməsində nəzərdə tutulmayıb: “Dizayn, qeyri-adi firma loqosunu qeydiyyatdan keçirtmək mümkündür. Amma ad və təxəllüsün qeydiyyatı Agentliyin praktikasında yoxdur və bunun qeydiyyatı heç zaman aparılmayıb. Müğənnilərimiz hər hansı bir adla bizdə qeydiyyatdan keçməyib. Ancaq və ancaq onların ifa etdikləri musiqilərin fonoqramlarının qeydiyyatı aparılır”.

Qeyd edək ki, ANS TV-də yayımlanan “Adam içində” verilişində Şəbnəm Tapdıq iddia edib ki, Azərbaycanda ilk dəfə bu ad ona verilib və o, adını dövlət qeydiyyatından keçirdib.

Xatırladaq ki, Azərbaycan Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrinə), inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən və hüquqi statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanıdır(a24.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600