!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllim maaşında AYRI-SEÇKİLİK: "Əməkhaqqı artımı bütün təhsil işçilərinə şamil olunmalıdır"

!Reklam – Yazi

“Sentyabrın 1-dən 10 faizlik əməkhaqqı artımı bütün təhsil işçilərinə şamil olunmalıdır”.

Bu sözləri müəllimlərin sosial vəziyyətinə toxunan London İqtisad Məktəbinin baş elmi işçisi, professor Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, hər bir ölkədə təhsilin keyfiyyət göstəricilərindən biri də müəllimlərin güzəranı sayılır:

“Nazirlər Kabinetinin son qərarı ilə 2500-dən çox şagirdi olan məktəb direktorunun vəzifə maaşına aylıq əlavə 1500 manat, direktor müavinlərinin vəzifə maaşına aylıq əlavə 500 manat müəyyənləşdirilib. Bu qərarla sentyabrın 1-dən keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərin maaşı tədris etdikləri dərs saatına görə 35 faiz, keçid balını toplamış digər təhsilverənlərin maaşı tədris edilən dərs saatına görə 10 faiz artacaq. Bu artım 5 ili tamam olmayan müəllimlərə, diaqnostikadan keçən müəllimlərə, məktəb psixoloqlarına, uşaq birliyi rəhbərinə şamil edilməyəcək.

Sentyabrın 1-dən 500-dən yuxarı şagirdi olan bütün ümumi təhsil müəssisələrinin direktor ve direktor müavini vəzifəsində çalışan şəxslərin əməkhaqqına əlavələr edildiyi halda, müəllimlərin əməkhaqqı artımı yalnız sertifikasiyadan keçənlərə dərs saatına görə şamil olunur. Əslində, 500-dən yuxarı şagirdi olan məktəb direktorlarının və direktor müavinlərinin vəzifə maaşlarına əlavələr edilməsinin əleyhinə deyiləm. Sadəcə bu artım müəllimlərlə rəhbərlərinin maaşları arasında böyük fərq yaratmalı deyil. Ona görə də sentyabrın 1-dən 10 faizlik əməkhaqqı artımı bütün təhsil işçilərinə şamil olunmalı, sertifikasiyadan keçən müəllimlərin hamısının maaşları isə 35 faiz artırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

315
Ads
www.veteninfo.com
!Reklam – Arxiv