Müğənni Elnur İLK DƏFƏ AÇIQLADI: "Bu sözə görə böyük travma yaşadım"
“Bu hadisə mənə ağır travma yaşatdı”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov “Söhbət var” verilişində deyib.
Sənətçi vaxtilə icazəsiz oxuduğu mahnıya görə bəstəkarın sərt reaksiyası ilə qarşılaşdığını bildirib:
“Bəstəkar Elza İbrahimovanın kamança ifaçısı Ağacəbrayıl müəllimin təklifi ilə “Gecələr bulaq başı” mahnısını oxudum. Bir gün mənə zəng gəldi ki, danışan Elza İbrahimovadır, niyə mənim mahnımı oxumusan? Çox pis oldum. Qəlbim qırıldı, dedim, o mahnını hər yerdən sildirəcəm. Sildirdim və acığa “Həlvaçı” mahnısını oxudum.
Sonradan bildim hansısa məşhur Elza xanımı mənə qarşı qızışdırıb. Bu hadisə mənə ağır travma yaşatdı. Qəlb qırmaq yaxşı hal deyil. Öləndə özümüzlə nə aparırıq? Heç nə. Yaxşılıq ediriksə, rəhmət oxuyurlar, etmiriksə, ‘görbagor’ deyirlər. O travmanı yaşayan bir insan kimi, deyirəm, mahnılarımı bütün müğənnilərə halal edirəm, oxuyun, amma müəllifdən icazə alın”.
Nehru













