Müğənni küçə heyvanlarına sahib çıxdı-Foto

media-hightechnic-468x90

84939

Tanınmış müğənni Sevda Kazımova atdığı xeyriyyəçi addımla xəbər mövzusu olmağı bacarıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, müğənni bu dəfə sahibsiz küçə heyvanaları üçün görülən işlərə dəstək verib.

Heyvan haqlarının qorunması dəstəkləyən Sevda sosial şəbəkə vasitəsilə hər kəsə sosial mesaj ötürüb. “Gəlin küçədəki sahibsiz heyvanların müdafiəsi üçün istər mənəvi, istərsə də maddi cəhətdən əlimizdən gələni edək. Heyvanları çox sevirəm və onlar üçün əlimdən gələn hər şeyi edirəm”.

Heyvanları çox sevdiyini və onlar üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu vurğulayan müğənni, bundan əvvəl də bir neçə dəfə bu kimi layihələrə qoşulub.

Sumqayıtda yaşayan Sevda Kazımova qaldığı ərazidə sahibsiz itlərə və pişiklərə göstərdiyi qayğısı ilə seçilir. Bunu isıqlandırmağı xoşlamayan ifaçının yaxınlarının sözlərinə görə, təxminən 30-a yaxın sahibsiz heyvanı yeməklə təmin edir.

Qeyd edək ki, dünya ulduzları sahibsiz heyvanların müdafiəsi üçün zaman-zaman belə aksiyalarda iştirak edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600