!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müğənni Yaqutu öldürən əri hakim qarşısında - VİDEO

!Reklam – Yazi

Müğənni Yaqut Həşimovanın qətlində təqsirləndirilən əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Yenicag.az lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Təqsirləndirilən Anar Həşimovun anket məlumatları dəqiqləşdirilib.

Hakim bildirib ki, hazırkı mərhələdə müdafiəçisi olmadığına görə, ona dövlət hesabına vəkil təyin edilib. Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etmədiklərini bildiriblər.

Məhkəmənin baxış iclası yanvarın 31-nə təyin olunub.

Xatırladaq ki, ötən il oktyabrın 16-ı saat 15 radələrində 1985-ci il təvəllüdlü Yaqut Həşimova bıçaqlanaraq qətlə yetirilib. Mmərhumun əri 1984-cü il təvəllüdlü Anar Həşimov könüllü şöbəyə gələrək, hadisəni ailə mübahisəsi zəminində törətdiyini bildirib və təslim olub. Polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə Şərifli küçəsində, hadisə baş verən mənzilə və meyitə baxış keçiriblər.

Sosial mediadda yayılan məlumatlara əsasən, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olub. O,”AzəriStar” yarışmasının iştirakçısı olub və şou-biznesdə “Yaqut Nəriman” kimi tanınıb. Həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar, nikahdan bir övladları var.

Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

COP29

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv