Müğənninin dənizdə batan qardaşının meyiti tapılıb

media-hightechnic-468x90

10a58d9701c439bfc4d04e5e348f36d9Müğənni Tacir Şahmalıoğlunun dənizdə batan qardaşının meyiti tapılıb.

Bu barədə müğənni T. Şahmalıoğlu özü məlumat verib.

Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyevin meyiti Corat qəsəbəsində dəniz kənarında aşkar edilib. Dalğa meyiti sahilə çıxarıb.

Mərhum bu gün dəfn olunacaq.

Qeyd edək ki, iyulun 31-də Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuterlə dənizə çıxıb. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində M.Allahverdiyev batıb. M. Allahverdiyevin batmasına səbəb olaraq onun üzərində xilasedici jiletin olmadığı bildirilir(APA).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa