“Hər binada müxtəlif memarlıq nümunələri, tarix və mesajlar özünü əks etdirir”.
Bunu Yenicag.az-a videomüsahibəsində Türkiyədən Azərbaycana ixtisası üzrə təcrübə toplamaq üçün gələn Muhammed Can Akyürek deyib.
Ölkəmizlə bağlı təəssüratlarını bölüşən Can bildirib ki, Azərbaycanda hər an yeni bir şey öyrənmək mümkündür.
“Hər binada müxtəlif memarlıq nümunələri, tarix və mesajlar özünü əks etdirir. Muzeyləri gəzmək və keçmişi gözündə canlandırmaq üçün Bakı, xüsusilə İçərişəhər möhtəşəm yerdir. Məktəbdə öyrədilməyən bəzi şeyləri məhz gəzərək, görərək öyrənirsən. Azərbaycan bu cümlənin təsdiqini tapdığı yerdir”, – deyə o qeyd edib.
Videomüsahibəni tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az