!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibə bu ölkənin ərazisinə keçir – “Vaşinqtonun müdaxiləsi qaçınılmazdır”

!Reklam – Yazi

“Müharibə artıq Fələstindən Livan ərazisinə sıçramaq üzrədir”.

Bunu Yenicag.az-a açıqlamasında Livanda baş verən texnoloji partlayışların regiondakı Fələstin-İsrail müharibəsinin miqyasının böyüməsinə təsirindən danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Livanda baş verən son olaylar Yaxın Şərqdəki proseslər üçün çox ciddi hadisədir.

“Eyni zamanda, bu, regiondakı hazırki münaqişənin miqyasının genişlənməsinə də səbəb ola bilər. İranın aldadıb, dəstəklədiyi qüvvələrin hazırda Livan üçün fəlakət yaratdığını görürük. Müharibə artıq Fələstindən Livan ərazisinə sıçramaq üzrədir. Cəmiyyət üçün İranın nə qədər böyük zərbə vurduğunun fərqində deyillər. Məhz İranın təhriki ilə çox sayda müsəlmanın həlak olması təəssüf verici haldır. Çünki belə ağılsız siyasətin qurbanları olaraq qeyri-bərabər güc müstəvisində hələ də müəyyən atmağı düşünürlər. Ancaq bunların hər biri faydasızdır”, – deyə o qeyd edib.

F.Mustafa əlavə edib ki, texnoloji müharibə olduğuna görə şərtlər də müəyyən qədər ağırlaşıb.

“Nəticələrin altından çıxmaq heç də asan olmayacaq. ABŞ isə regionda hər zaman İsrailin yanında olub. Əgər Tel-Əvivə qarşı revanş götürmək istəyən hansısa qüvvələr olarsa, Vaşinqtonun müdaxiləsi qaçınılmazdır”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv