“Ukrayna müharibəsində çıxılmaz vəziyyət yaranıb”.
Yenicag.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Bild” nəşrinə şərhində bildirib.
O, Ukrayna cəbhəsindəki vəziyyəti çıxılmaz vəziyyətdə hesab edir.
“Vəziyyət faktiki olaraq dalana dirənib. Heç bir tərəfin ərazi qazancı yoxdur. Ancaq ukraynalılar, xüsusən də ölkənin cənubunda və şərqində özlərini çox uğurla müdafiə etməyə davam edirlər”, – Pistorius deyib.
O, həmçinin Böyük Britaniya ilə uzun mənzilli raketlərin Ukraynaya çatdırılması üçün mümkün mübadilə ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Pistorius Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın KXDR-in Rusiyaya raketlərlə kömək etməkdə Qərbin Ukraynaya kömək etməkdən daha yaxşı olması barədə sözlərini də şərh edib.
“Bu, ölkəsinin düşdüyü vəziyyətdə onun hüququdur. Amma mən Şimali Koreyanın təchizatlarına bir az fərqli bucaqdan baxıram. Onlar çox ola bilər, lakin onların keyfiyyəti əhəmiyyətli dərəcədə fərqli səviyyədədir”, nazir qeyd edib.
Xuraman Etibarlı
www.yenicag.az