“Müharibə yeganə yoldur”
Azərbaycanın məşhur filosof və yazıçısı Əlisa Nicat açıqlamasında işğaldakı torpaqların azad edilməsi üçün hərbin yeganə vasitə olduğunu bildirib.
Ə.Nicatın sözlərinə görə, Azərbaycan bu məsələdə yalnız özünə, öz ordusuna güvənməlidir:
“Müharibə – bu torpaqlarımızın azad edilməsini təmin edəcək yeganə yoldur. Bu günə qədər baş verənlər də göstərdi ki, düşmən işğalındakı torpaqları başqa cür azad etmək mümkün deyil. Azərbaycanın bu məsələdə özündən başqa kiməsə güvənməsi mənasızdır. Azərbaycan yalnız özünə güvənməli və anlamalıdır ki, özü öz torpaqlarını geri almadığı təqdirdə, kimsə onun yerinə bunu etməyəcək”.