Mülki dövriyyəsi qadağan olunan əşyaların sayı artırılır

media-hightechnic-468x90

kjkjkjhjhnbjAzərbaycanda mülki dövriyyədə olması qadağan olunan əşyaların sayı artırılır.

Milli Məclisdən  verilən məlumata görə, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunun Arayış hissəsindəki siyahıya əlavələr edilir.

Əlavələrə əsasən, siyahıdakı əşyaların sayı 16 – dən 18-ə qaldırılır. Azərbaycan respublikası Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə olunan bəndlər aşağıdakılardır:

17. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları;

18. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları;

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 2-də müzakirəyə çıxarılacaq(apa).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600