Multikulturalizm Mərkəzi ilə ICESCO arasında memorandum imzalandı - FOTO

media-hightechnic-468x90

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədin imzalanmasında məqsəd multikultural dəyərlərin təşviqi, təhsil və mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi, eləcə də islam dünyasında dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsidir. Həmçinin əməkdaşlıq sülh şəraitində birgəyaşayışı təşviq etməyə, mədəniyyətlərarası və nəsillərarası dialoqu inkişaf etdirməyə, İslam Dünyasında və ondan kənarda gənclərin liderlik sahəsində gücləndirilməsinə yönəlib. Memoranduma əsasən hər iki təşkilat öz imkanlarından istifadə edərək təsirli proqramlar yaratmaq və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, liderliyi gücləndirmək və qlobal miqyasda sülhü irəli aparmaq üçün birgə fəaliyyət göstərməkdir.

İmzalanma mərasimində çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycanın multikultural dəyərlərə əsaslanan dövlət siyasətinin beynəlxalq müstəvidə təbliğində Mərkəzin oynadığı rolu vurğulayıb. Bildirib ki, imzalanan memorandum BBMM ilə ICESCO arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir: “İnanırıq ki, bu əməkdaşlıq vasitəsilə islam dünyasında mədəni müxtəlifliyin və qarşılıqlı anlaşmanın təşviqinə birgə töhfə verəcəyik. Həmçinin birgə layihələr, elmi tədqiqatlar və gənclərə yönəlik proqramlar vasitəsilə multikulturalizm dəyərlərinin daha geniş coğrafiyada tanıdılmasına nail olacağıq”.

Rəvan Həsənov vurğulayıb ki, bu cür beynəlxalq əməkdaşlıqlar Azərbaycanın multikulturalizm modelinin nümunəvi bir təcrübə kimi tanınmasında xüsusi rol oynayır və gələcəkdə daha genişmiqyaslı təşəbbüslərə zəmin yaradır.

ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov Anlaşma Memorandumunun əhəmiyyətindən danışaraq qurulan tərəfdaşlığın gələcəkdə mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib: “Bu əməkdaşlıq yalnız iki qurum arasında deyil, həm də İslam dünyasında mədəni müxtəlifliyin, dinc birgəyaşayışın və qarşılıqlı hörmətin təşviqinə yönəlmiş qlobal səylərin bir hissəsidir. ICESCO olaraq biz, Azərbaycanı multikulturalizm sahəsində mühüm tərəfdaş kimi qiymətləndiririk. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə reallaşdıracağımız layihələrin həm regionda, həm də beynəlxalq səviyyədə əhəmiyyətli təsir göstərəcəyinə inanırıq”.

Anar Kərimov diqqətə çatdırıb ki, bu əməkdaşlıq ICESCO-nun əsas missiyası olan təhsil, elm və mədəniyyət sahələrində dialoqun və əməkdaşlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600