MUM-dan aldığı brilyantlar saxta çıxdı

media-hightechnic-468x90

104444_res_01Bakıda keçən il zinət əşyası alan qadın polisə müraciət edib.

Kəlbəcər rayonundan məcburi köçkün olan 1964-cü il təvəllüdlü Aslanova Kifayət Məhəmməd qızı bildirib ki, keçən ilin avqust ayında Mərkəzi Univermaqda tanışı Musayeva Sevda Şahpələng qızına 4 min manat ödəyərək brilyant qaşlı zinət əşyası alıb. Bu günlərdə həmin əşyanı mütəxəssisə yoxlatdıran K.Aslanovaya brilyantların saxta olduğunu bildiriblər.

K.Aslanova dələduzluq əməlindən zərər çəkdiyini bildirib və polisdən məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edib.

Araşdırma aparılır. (lent.az)

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa