Mürəbbədən narkotik çıxıb
Ədliyyə Nazirliyinin 15 saylı cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Rauf Nüsrət oğlu Hüseynov üçün gətirilən sovqata baxış keçirilib.
Onunla görüşə gəlmiş atası, Lənkəran şəhər sakini vətəndaş Nüsrət Faiq oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda olan gilənar mürəbbəsinin içərisindən 6 ədəd bükülüdə ümumi xalis çəkisi 0,811 qram olan narkotik vasitə – heroin, 0, 685 qram narkotik vasitə – tiryək və 0,2 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.