!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Müsahibəsində vətənpərvərdir, amma gerçəkdə..." - Qurban Qurbanovdan milli üzvlərinə mesaj

!Reklam – Yazi

“Qarabağ” və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun Yenicag.az saytına müsahibəsi.

– Geridə qalmaqda olan 2017-ci ili necə dəyərləndirirsiniz?

– Çox ağır və yaddaqalan bir il oldu. Düşünürəm, çempionluq və ölkə kuboku öz yerində, azarkeşlərimiz son iki ildə Çempionlar Liqasının qrupuna düşməyimizi istəyirdilər, hətta bunu tələb edirdilər. Buna görə də, ağır mövsüm keçdi. Allaha şükürlər olsun ki, neçə illərdən sonra Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Mənim üçün yekun ayın 15-də, “Sumqayıt”la kubok oyunundan sonra olacaq. Qış fasiləsinə qədər çempionatı lider kimi başa vurmaq istəyirdik. Bunu da bacardıq. “Sumqayıt”la oyunu gözləyirik. Bundan sonra 2017-ci ili uğurlu dəyərləndirmək olar. Xoş bir il oldu. Futbolçular kiçik titullar qazandıqdan sonra, onlarda rahatlaşma gedir. Düşünürlər ki, qrupa düşməsək, heç kim bizə heç nə deməz. Amma belə olmadı. Biz intizamımızı qoruyub saxlaya bildik. Bu halların yaşanmasına imkan vermədik. Ağır da olsa, bunu bacardıq. Bütün “Qarabağ”lılara təşəkkür etmək istəyirəm. Yenə də rahatlaşmalı deyilik. İlin məşqçisi seçildikdən sonra üzərimə böyük məsuliyyət düşür. Sadəcə, məni üzən iki böyükhesablı məğlubiyyət oldu. “Çelsi” ilə səfər və cavab oyunları. Komandamızın real gücünüə baxsaq, bunu normal qarşılamaq olar. Düşünürəm ki, azarkeşlərimizi belə məğlubiyyətlərə hazırladıq. Bu, iki komanda arasında yarışmadırsa, burada istənilən hesab ola bilər.

Müqayisə etdikdə, sizin üçün hansı daha üstündür – ilin məşqçisi seçilməyiniz, yoxsa Çempionlar Liqasının qrup mərhələsinə qazandığınız iki xal?

– Açığı, məni tanıyırsız. Mənim üçün olmasın, amma komandam, azarkeş üçün olsun. Mən bunun tərəfdarıyam. Mən ilin məşqçisi olmağın arzusunda deyiləm. Haqqımda deyilən xoş sözlərdən sonra xahiş etmək istəyirdim ki, bunu çox da şişirtməsinlər. Çox istəyirəm ki, ancaq “Qarabağ”, Azərbaycan haqqında danışılsın. Mənim üçün böyük komandaların Azərbaycana gəlməsi daha üstündür, nəinki ilin məşqçisi seçilməyim.

– Millinin baş məşqçisi kimi mətbuat konfransını nə vaxta planlaşdırırsınız?

– Düzü, qəti qərar verməmişik. Dekabrın 20-nə kimi bir fikir bildirə bilərəm.

– Sizin milliyə təyinatınızdan sonra obyektiv seçim ediləcəyiniz gözlənilir. Rauf Əliyevlə yanaşı, Berti Foqts vaxtında yığmada çıxış edən Rüfət Dadaşov da var. Hansı ki, ikinci hazırda məhsuldarlığı ilə seçilir. Bu futbolçuları milliyə dəvət edəcəksiz?

– Düzünü deyim, hələ heç bir futbolçu barədə düşünməmişəm. Hər bir futbolçunun potensialını bilirəm. Mənim tam yanımda olmayan futbolçular da var. Bunun üçün mənə vaxt lazım olacaq. İlk toplanışdan sonra dəyişiklik ola bilər. Bu, milli komandadadır. Mən işimə nə qədər məsuliyyətli yanaşıramsa, futbolçular da ikiqat yanaşmalıdırlar. Bakı kiçik bir şəhərdir. Hər yerdən məlumatımız var. Bütün futbolçuların hansı həyatı yaşadığını da bilirik. Bu komandada yalnız məsuliyyətli insanlar ola bilər. Problemli futbolçuların komandamda olmasını istəmirəm.

– Bu açıqlamanızı Kamran Ağayevə mesaj hesab etmək olar?

– Yox, mən ümumən dedim. Bundan sonra hər bir futbolçu ilə daha yaxından maraqlanmağa başlayacam. Bu məsələdə çox ciddi olacam. Kollektivdə mütləq intizam olmalıdır. Hamı futbolu düşünməlidir. Burda başqa cür ola da bilməz. Baxırsan ki, üzdə hər şey qaydasındadır, müsahibəsində, sözündə vətənpərvərdir, amma eşidirsən ki, gerçəkdə tamam fərqli biridir. Belə şeylərə çox diqqət yetirəcəm. Buna görə də istədiyimiz komandanı formalaşdırmaq üçün bizə 1, bəlkə də 2 il vaxt lazım olacaq. 15 futbolçu olsun, amma öz xalqına, millətinə fayda verənlər olsun.

Emin Səfərov

COP29

www.yenicag.az

5368
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv