Müsavat razılaşdırılmamış yürüş mitinqə gedəcək?
Razim Əmiraslanov: “Ehtimal etmirəm”
Bildiyimiz kimi, Müsavat Partiyası aprelin 19-a yürüş mitinq təyin etmişdi. Lakin Bakı Şəhər İcra Hakimiyyəti yürüş mitinqin təyin edildiyi yerin avtomobillərin sıx hərəkət etdiyi məkan olduğunu əsas gətirərək, yürüş-mitinqi mitinqlə əvəzləməyi tövsiyə edib. Müsavat Partiyası isə gələn həftə məsələyə yenidən baxacaqlarını bəyan edib. Bu halda maraqlıdır görəsən, partiya yürüş mitinqə icazə verilmədiyində, razılaşdırılmamış yürüş təşkil edə bilərmi? Yenicag.az-a açıqlamasında partiyanın Divan üzvü, Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov bunun baş verəcəyini ehtimal etmədi: “Razılaşdırılmamış yürüş təşkil etmək gündəmdə deyil. Amma hər halda məsələ yenidən müzakirə edilərək, müvafiq qərar veriləcək. Ona görə də razılaşdırılmamış yürüş mitinqə gedilib-gedilməyəcəyini bəri başdan söyləyə bilmərik. Şəxsən ehtimal etmirəm ki, təşkilat razılaşdırılmamış aksiyalara getsin”. Elçin