!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müsəlmanlar donuz əti yemir" - Nazirin çıxışı Putini güldürdü - VİDEO

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə kənd təsərrüfatının inkişafına dair keçirilən iclasda maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, kənd təsərrüfatı naziri Aleksandr Tkaçevin çıxışı zamanı etdiyi səhvi Putinin özü düzəldib. Bu, həm də dövlət başçısının gülüşünə səbəb olub.

Məsələ burasındadır ki, nazir Almaniyanın il ərzində ixrac etdiyi 5,5 milyon ton donuz ətinin 3 tonunu Çin, İndoneziya, Yaponiya, Cənubi Koreya kimi ölkələrə satdığını deyib. Putin isə öz növbəsində nazirin səhvini düzəldərək, İndoneziyanın müsəlman ölkəsi olduğunu xatırladıb.

Nazir isə “səhv dedim, Cənubi Koreyanı nəzərdə tuturdum. Amma narahat olmayın, İndoneziyaya da donuz əti yedirdərik” deyib. Tkaçevin bu sözlərindən sonra Putin gülməkdən özünü saxlaya bilməyib.

Həmin anın videosunu təqdim edirik:

COP29

www.yenicag.az

17643
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv