Nigeriyanın Kaduna ştatında insanlar arsında toqquşmalar baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmalar zamanı 55 nəfər həlak olub. Daha sonra toqquşmalara polislər müdaxilə edib, 22 nəfər saxlanılıb.
İddiaya görə, toqquşmalara səbəb müsəlman və xristian yükvuranlar arasında baş verən münaqişə olub.
Ölkə prezidenti baş verən toqquşmaları pisləyib: “Prezident Məhəmməd Buxari Kasuvan Maqanidə (Kaduna ştatı) bu yaxınlarda icmalar arasında baş verən toqquşmaları pisləyir”.
www.yenicag.az