Azərbaycanda müxalifət partiyası sədrinin “Facebook” səhifəsi “sındırılaraq, ələ keçirilib.
Yenicag.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin “Facebook” səhifəsi artıq bir neçə gündür, naməlum şəxslər tərəfindən “oğurlanıb”.
VİP sədrinin səhifəsini ələ keçirən naməlum şəxslər orada müxalifətin əleyhinə müxtəlif statuslar paylaşmaqdadırlar.
Maraqlıdır ki, hakerlər Əli Əliyevin “Facebook” səhifəsini zaman-zaman deaktiv etsələr də, müəyyən müddətdən sonra yenidən aktivləşdirirlər.
Şəxsi imkanları hesabına səhifəsinə nəzarəti bərpa etməyin mümkünsüzlüyünü görən VİP sədri müvafiq dövlət qurumlarının olaya müdaxiləsinə ehtiyac görüb.
Əli Əliyev səhifəsini geri qaytarmaq, o cümlədən, xakerlərin müəyyənləşdirilərək, cəzalandırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə rəsmi müraciət edib.
www.yenicag.az