!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müxalifət toparlanmaq əvəzinə, “Feysbuk seçkisi” ilə baş qatır” – Partiya sədri

!Reklam – Yazi

“Yaranmış vəziyyətin doğurduğu ümidsizlik müxalifətin seçki hazırlıqlarına başlamasına imkan vermir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident seçkiləri ilində müxalifətin fəaliyyətində hər hansı canlanmanın olmamasına münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin fikrincə, ölkədəki mövcud vəziyyətdə əhəmiyyətli dəyişiklik olmasa, müxalifətin hərəkətlənməsi heç nəyi dəyişməyəcək:

“Bəli, həqiqətən də, bu il ölkədə prezident seçkilərinin keçirilməsi nəzərdə tutulsa da, müxalifətin fəaliyyəti bu məsələyə adekvat deyil. Etiraf edək ki, hazırda müxalifət qüvvələrinin seçki hazırlığı istiqamətində hərəkətə keçdikləri görünmür.

Ancaq bu da səbəbsiz deyil. Müxalifətin indiki durğunluğunun əsas səbəbi seçkilərə yönəlik inamsızlıqdır. İnam olmadığı üçün də seçkilərə hədəflənmiş fəaliyyət yoxdur.

Təəssüf ki, bu vəziyyətin yaxın dövrdə müsbətə doğru dəyişəcəyini düşünməyə əsas verən gedişatın da şahidi deyilik. Hələ ki nə hökumət bu istiqamətdə addım atır, nə də beynəlxalq birlik Azərbaycandakı seçkilərə maraq göstərir.

Bu şəraitdə bəzi müxalifət partiyalarının öz resurslarını “Feysbuk seçkisi”nə, sosial şəbəkələrdə rəqabət aparmağa yönəldərək baş qatması təəssüf doğurur.

Siyasi fəaliyyətin real həyatdan virtual müstəviyə keçməsi normal tendensiya deyil və bundan imtina olunmalıdır”.

A.Zeynalov

www.yenicag.az

2232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv