Müxtəlif ərazilərdə dəhşətli yanğınlar
Bu gün Azərbaycanın müxtəlif ərazilərində yanğın hadisəsi baş verib.
Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 28 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Daha bir hadisə Zaqatala rayonu, Əli Bayramlı kəndində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 264 kv.m olan ikimərtəbəli 11 otaqlı evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları 90 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Ağstafa şəhərində də vətəndaşa məxsus ümumi sahəsi 131 kv.m olan birmərtəbəli 3 otaq, aynəbənddən ibarət evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər üç yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.