Nail Mehbalıyev mərkəz direktoru təyin edildi

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin Naxçıvan Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsinə yeni direktor təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə sözügedən vəzifəyə Mehbalıyev Nail Nadir oğlu gətirilib.

İxtisasca həkim-kardioloq olan Nail Mehbalıyev bundan əvvəl Naxçıvan Ürək Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, bu ilin may ayında Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru  Rəşadət Nabatov vəzifəsindən azad edilərək, Naxçıvan Muxtar Respublika Xəstəxanasına direktor təyin olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600