Nardaranda əməliyyat - Narkotik. xəncər, balta aşkarlandı - HƏBS 

media-hightechnic-468x90

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600